Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı

 

 

   Yanvarın 16-da Təzəpir məscidində Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu, Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirildi.

   Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

   Vida mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, respublikanın tanınmış mədəniyyət incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

   Mərasimdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli sənətkarın həyat yaradıcılığından danışdı. O, Çingiz Sadıxovun vəfatını Azərbaycan mədəniyyəti musiqisi üçün böyük itki kimi dəyərləndirdi: “Azərbaycan musiqisində Çingiz Sadıxovun özünəməxsus yeri xidmətləri var. O, Rəşid Behbudovu, Bülbülü, Mirzə Babayevi, Şövkət Ələkbərovanı digər böyük sənətkarlarımızı ən məşhur konsert salonlarında müşayiət edib. Müşayiət etmək böyük bir sənətdir. O, bu sənətin kralı idi. Televiziyalarda tez-tez onun çıxışlarını göstərirlər. Fikir verin, notsuz, əzbər necə gözəl ifa edir. Çingiz Sadıxov həm təvazökar, sadə səmimi dost idi”.

   Fərhad Bədəlbəyli Çingiz Sadıxovun vətəndə dəfn olunması üçün göstərdiyi köməyə görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə etdi: “Görürsünüz, torpağın gücü qədərdir? 25 il Amerikada yaşayasan, amma torpaq çağırır səni. Biz hamımız bu torpaqda dünyaya gəlmişik, burada da dünyadan gedəcəyik. Düşünürəm ki, bu mənada Çingiz Sadıxovun son arzusu yerinə yetmiş oldu. Ona görə cənab Prezidentə öz minnətdarlığımızı bildiririk”.

   Məşhur pianoçu ilə gənc vaxtlarından tanış olduğunu qeyd edən Xalq artisti Rafiq Seyidzadə onunla bağlı xatirələrini bölüşdü: “Rəşid Behbudovun repertuarının ən yüksək səviyyədə təqdim olunmasında Çingiz Sadıxovun böyük xidmətləri olub. O, ABŞ-ın 40-dan çox şəhərində Azərbaycan musiqisini təbliğ edib”.

   Görkəmli musiqiçinin nəvəsi Rüstəm Sadıxov da babası haqqında fikirlərini jurnalistlərə bölüşdü: “Babam Bakıda doğulub, burada da torpağa tapşırılır. O, Azərbaycanı çox sevirdi. Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq üçün çox çalışıb. Çingiz Sadıxov görkəmli musiqiçi olmaqla yanaşı, çox gözəl ailə başçısı idi. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

   Rüstəm Sadıxov babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə, eləcə də onun Bakıda dəfn olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

   Vida mərasimindən sonra görkəmli musiqiçi II Fəxri xiyabanda torpağa tapşırıldı.

   Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

   Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solistikonsertmeysteri kimi məşhur vokalçıları müşayiət edib. Bakıdakı 16 saylı Musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, Bakı Musiqi Akademiyasının professoru olub.

   Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

   Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.

   İstedadlı pianoçu 2017-ci il dekabrın 30-da ABŞ-da vəfat edib.

   Allah rəhmət eləsin.

  

   Mədəniyyət və Turizm Nazirliyi

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.3.