Berlində Mikayıl Mirzənin xatirəsi yad edilib

 

 

   Yanvarın 11-də Almaniyanın paytaxtı Berlində görkəmli aktyor bədii qiraət ustası, Xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib.

   Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə qurumun sədri Naibə Şirinova sənətkarın ömür yolundan, yaradıcılığından, ictimai xadim kimi fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, Mehdi Məmmədov, Adil İsgəndərov, Müxlis Cənizadə, Tofiq Kazımov kimi görkəmli səhnə xadimlərindən aktyorluq sənətinin sirlərini öyrənən Mikayıl Mirzə 1969-cu ildə İncəsənət İnstitutunu (indiki ADMİU) bitirərək dram kino aktyoru ixtisasına yiyələnib. O, institutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyib. Sənətkar istər teatrda kinoda, istərsə televiziya tamaşalarında özünəməxsus ifa üslubu ilə yaddaqalan obrazlar qalereyası yaradaraq tamaşaçıların ürəyinə yol tapıb. Aktyor bir çox klassik müasir Azərbaycan şairlərinin danışan dili, şeirlərinin yorulmaz təbliğatçısı idi.

   Azərbaycan türk diaspor nümayəndələrinin ziyalıların iştirak etdiyi gecədə M.Mirzənin həyat yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib. Almaniyada yaşayan sənətçilərdən S.Humay, H.Saneiyin ifasında mahnı bayatılar səsləndirilib, şeirlər oxunub. Gecədə Cənubi Azərbaycandan şairə soydaşımız Şərifə Cəfəri sənətkarın qiraət ustası kimi sevildiyini, onun M.Araz, X.R.Ulutürk, M.Şəhriyar başqa şairlərin şeirlərini yüksək peşəkarlıqla səsləndirdiyini bildirib.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.4.