“Zaman üzərində
qövs”
Bakıda
rumıniyalı heykəltəraşın əl işlərinin
fotosərgisi
Yanvarın 15-də Bakıda rumıniyalı heykəltəraş Konstantin Brankuzinin əl işlərinin fotosərgisi açılıb.
“Zaman üzərində qövs” adlı sərgi Rumıniyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dəstəyi ilə təşkil olunub. Açılış mərasimində ADRA-nın rektoru, Xalq rəssamı Ömər Eldarov çıxış edərək K.Brankuzinin yaradıcılığından söz açıb. Qeyd edib ki, XX əsr heykəltəraşlığında abstrakt formanın yaradıcısı olan K.Brankuzi heykəltəraşlıq, rəsm və qrafika sahəsinə müasir forma anlayışının gətirilməsində mühüm rol oynayıb.
Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku rumıniyalıların hər il yanvarın 15-də Milli mədəniyyət gününü qeyd etdiklərini diqqətə çatdırıb. Səfir bildirib ki, həmin gün dahi rumın şairi Mihai Eminesku (1850-1889) anadan olub.
Moldovanın
ölkəmizdəki səfiri George Leuka Dövlət Rəssamlıq
Akademiyasını Azərbaycanın nüfuzlu
ali təhsil ocağı kimi
dəyərləndirib, tələbələrin sərgilənən
əsərlərdən yararlanmasını tövsiyə edib.
Mədəniyyət.- 2017.- 17
yanvar.- S.4.