Milanda Vaqifin 300 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

 

 

   İtaliyadakı səfirliyimizin dəstəyi ilə Cüzeppe Verdi adına Milan Konservatoriyasında İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

   Azərbaycan mədəniyyəti Milandaadlı tədbirdə bu ölkənin yazıçı şairləri, Milan Konservatoriyasının tələbə, professor müəllim heyəti, sənət adamları iştirak ediblər.

   Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Sərxan Ağakişiyev böyük şair Molla Pənah Vaqifin milli ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb. Tədbirin Prezident İlham ƏliyevinBöyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdıran S.Ağakişiyev söz ustadının doğma dilimizin inkişafında əvəzsiz xidmətlərindən danışıb.

   Diplomat, həmçinin mədəniyyət incəsənətimizin bu ölkədə daha yaxından tanıdılması məqsədilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən keçirilmiş mədəni tədbirlər barədə məlumat verib.

   Tədbir çərçivəsində İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev Milan Konservatoriyası idarə heyətinin üzvü, professor Davide Qualtyeri tərəfindən Molla Pənah Vaqifin italyan dilinə tərcümə edilmiş şeirlərinin yer aldığı kitabın təqdimatı olub. Həmçinin Molla Pənah Vaqifin digər Azərbaycan şairlərinin şeirləri musiqi rəqslə improvizasiya şəklində təqdim edilib.

   Mərasimdə Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verilib, habelə Milanın “Compagnia Orizon Danza” rəqs məktəbinin tələbələri tərəfindən Azərbaycan milli musiqi və rəqslərindən ibarət kompozisiya nümayiş etdirilib.

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.8.