Kino salnaməmizin yorulmaz tədqiqatçısı

 

   Azərbaycan kinosu - 120 

  

  Aydın Kazımzadə: “Özümü kinoda ixtisaslaşmış jurnalist hesab etmişəm. Bu işlə üzdən məşğul olmaq olmaz. Hər zaman axtarışlar aparmalı, çalışmalısan ki, daha maraqlı və dəqiq faktlarla oxucuların qarşısına çıxa biləsən”.

  

   Zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan Azərbaycan kinosunun bu il 120 yaşı tamam olur. Yeni ildə bu silsilədən ilk yazını hazırlamaq üçün kino tariximizi sistemli şəkildə araşdıran, sanballı kitab və məqalələr müəllifi, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə ilə həmsöhbət olduq. 78 illik ömrünün 55 ilini bu işə həsr etmiş Aydın müəllimlə ad günü ərəfəsində görüşdük.

   Onu da qeyd edək ki, Aydın Kazımzadənin araşdırmaları sayəsində Azərbaycan kinosunun gerçək tarixi (2 avqust 1898-ci il) bəlli olubbu tarix Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla “Azərbaycan kinosu günükimi qeyd edilir.

  

   - Aydın müəllim, niyə həyatınızı məhz kinonun araşdırılmasına həsr etdiniz?

   - Əgər bu sualı mənə məktəbi bitirdiyim illərdə versəydilər, deyərdim ki, kino vizual baxışdır. Sadəcə filmdir, baxırsan, əylənirsən, bu qədər. Amma kinonun içində 55 ili tamam edən şəxs kimi bu suala belə cavab verərdim. Kino həyatımdır. Bu gün özümü kinosuz təsəvvür etmirəm. Yəqin ki, kinoya gəlməsəydim, başqa sahədə işləyəcəkdim. Amma kinoda başqa bir həyat gördüm. Bu 55 il müddətində kino ilə real həyatı müqayisə etməyi öyrəndim. Yəni, kinonun içində olan adam kimi nəyin doğru, nəyin doğru olmadığını gördüm. Bəzən kino mənə real həyatda yalanlara qarşı nikbin olmağımda kömək edib. Kino özü real həyatdır.

  

   - İnsanlar həmişə öz həyatlarını filmlərdəki hadisələrə, obrazlara bənzətmək istəyiblər...

   - İstəyiblər deyəndə ki, bu həmişə belə olub. Mən özüm də gənclik yaşlarımda özümüÜç muşketyor” filmindəki qəhrəmanlardan birinə bənzətməyə çalışırdım. Sonralar digər film qəhrəmanlarına. “Uzaq sahillərdə” filmi efirə çıxanda artıq Mehdi Hüseynzadəyə bənzəmək istəyirdim. Bu hələ kino sahəsinə gəlmədiyim illərdə belə idi. Bu sahəyə gəldikdən sonra gördüm ki, bizim sənətkarlarımız çox təcrübəli insanlardır. Onların lentə aldıqlarının əksəriyyəti reallıq idi. Məsələn, Əlisəttar Atakişiyevin çəkdiyi “Sehrli xalat” filmindəki hadisələri biz bu gün real həyatımızda görürük. O, planşetlər, kitablar, görüntülü danışıqlar... Belə düşüncəli, açıq baxışlı insanlarla işləmək, təmasda olmaq mənim üçün böyük xoşbəxtlik idi. Kino işinə başladıqdan sonra bir çox möcüzələrin şahidi oldum. Əsas onu diqqətə çatdırmaq istərdim ki, mən kinoşünas deyiləm. Bunu həmişə demişəm və indi də deyirəm. Mən həmişə özümü kinoda ixtisaslaşmış jurnalist hesab etmişəm. Kinoda işləməyə başlayanda başa düşdüm ki, bu işlə üzdən məşğul olmaq olmaz. Hər zaman dərinliyə gedib, axtarışlar aparmalısan. Bir halda ki, kinoşünas deyilsən, çalışmalısan ki, daha maraqlı və dəqiq faktlarla oxucuların qarşısına çıxa biləsən. Mənim ömrümün çox hissəsi arxivlərdə, kitabxanalarda keçib. Əlimə düşən bütün məlumatları yığırdım. Qəzetlərdən götürdüyüm məlumatlar və arxivlərdən yığdığım sənədlərdən ibarət evdə 500-ə yaxın qovluğum var. Hər biri bir sənətkarın, kino idarəsinin tarixini özündə saxlayır. Belə axtarışlarla kinomuzun yarandığı ilk tarixi tapa bildim.

  

   - Kinomuzun tarixinə bu dərəcədə maraq haradan idi?

   - Sadəcə maraq idi. Düşünürdüm, görəsən, bizim kinonun tarixi vaxtdan başlanır, niyə görə deyirlər ki, inqilabdan əvvəl heç bir filmimiz olmayıb? Yaxud da nəyə görə alimlərimiz yazır ki, Aleksandr Mişon fransız olub Azərbaycana gəlib film çəkib gedib? Bu Mişon kim idi Bakıya niyə gəlmişdi? Doğrudanmı biznes xətrinə gəlmişdi bura, yoxsa həqiqətənmi, bu adam Bakıda işləyib? Bütün bu sualların dərininə gedə-gedə, izləyə-izləyə baxdım ki, bu bir dəryadır ki, sonu görünmür. Bu günün özündə mən kinonu tam olaraq özüm üçün açılmamış hesab edirəm.

  

   - Aleksandr Mişon ilk Azərbaycan filmi ilə bağlı araşdırmanızın tarixçəsi maraqlı olar...

   - Tarixi araşdırarkən mənə belə məlum oldu ki, Mişon Ukraynanın Xarkov şəhərində doğulub, anası fransız, atası polyak olub. Atası həyat yoldaşının soyadını götürüb. Bütün bunları araşdırarkən həm bildim ki, bu adam düz 25 il Bakıda yaşayıb. Burada emalatxanası, fotoatelyesi olub. Bu atelyedə filmlər çəkib. Onun Bakıda nəşriyyatı da varmış, təqvimlər Biləsuvaradlı jurnal dərc edib. Cənubi Qafqaz Orta Asiya respublikalarını gəzib öz jurnalında bu yerlər haqqında informasiyalar verirmiş. Onun Bakıya böyük marağı olduğu üçün burada qalıb. Hətta həyat yoldaşı onun Bakıda qalması ilə barışmayaraq övladını da götürüb gedib. Kaspiqəzetində olan məlumatdan öyrəndim ki, həyat yoldaşı gedəndən sonra A.Mişon Qusardan olan bir xanımla ailə həyatı qurub. Dövlət arxivinə gedib onun neqativlərini araşdırdım. Bütün neqativləri düzüb tarixlərə baxırdım ki, görüm onun filmləri neçənci ildən başlanır. Artıq 1879-cu ildən neqativlərin üzərində onun adının getdiyinə şahid oldum. Demək, həmin ildə Mişon Bakıda olub, 1903 ya 1907-ci ildə Azərbaycanı tərk edib.

   yaxşı ki, A.Mişon 1900-cü ildə Parisdə keçirilən Ümumdünya sərgisində iştirak edib. Azərbaycandan həmin sərgidə Mişon baba Müslüm Maqomayev iştirak edib. Həmin sərgidə Lümyer qardaşları onun filmlərini alıblar. Onlar öləndən sonra varidatları dövlət arxivinə təhvil verilib. Bizim Dövlət Film Fondu Ümumdünya Arxivlər Cəmiyyətinin üzvüdür. Mən A.Mişonun neqativlərində rastlaşdığım filmlərin siyahısını kinoşünas Ayaz Salayevə verərək xahiş etdim ki, cəmiyyətin iclaslarına gedəndə baxsın, bəlkə o filmlərdən hansısa həmin cəmiyyətdə saxlanılır. O, Fransaya işgüzar səfərə getdiyi zaman iki filmi tapa bildi. BiriBibiheybətdə yanğın”, digəriBalaxanıda neft fontanı”. Ayaz həmin filmləri Bakıya gətirdi lentlərin üzərində 1898-ci il yazılmışdı. Demək, mənim araşdırdıqlarımla, qənaətimlə Ayazın gətirdiyi lentlər düz gəlirdi. Çox adamlar məni günahlandırır ki, sən düz etmirsən. Niyə Azərbaycan kinosunun tarixini A.Mişonla başlayırsan? Bu yanaşma düzgün deyil. Onda gəlin Bakının tarixi memarlıq nümunəsi olan binaları sökək ki, onların çoxunun memarı polyaklar, italyanlardır. Axı bu tarixdir. Məlum məsələdir ki, kinonun vətəni Fransadır. Hər bir ixtira müəyyən inkişaf yolu keçir.

  

   - Araşdırmalarınız zamanı kino tarixi ilə bağlı kimi maraqlı faktlarla qarşılaşmısınız?

   - Bəli, bunlar gülməli olduqları qədər ağlamalı faktlar idi. İki kinomexanik 1906-cı ildə icazə alıb Maştağada film göstərmək istəyir. Filmi aparırlar qəsəbəyə. Varlıların birinin evində yüksək təbəqəli insanlara nümayiş etdirmək üçün icazə alınır. Kino başlanır. Ekranda dəniz sakit dalğalanırmış. Baxırlar ki, bu nədir divarda su, dəniz... Sonra birdən dalğalar yüksəlir tamaşaçıların hamısı durub qaçır. Həmin məlumat barədə mexaniklərin xatirəsində yazılıb həmin qəsəbənin tarixini əks etdirən kitabda da bu hadisə yer alıb. Bütün bunlara görə deyə bilərəm ki, kinomuz çətin şərəfli bir yol keçib.

  

   - İnqilabdan sonrakı kinomuzdan söz açardınız...

   - 1917-ci ilin Oktyabr inqilabından sonra Leninin siyasəti başladı. O, deyirdi: “İnqilabın qələbəsini insanların beyninə yeritmək üçün ən yaxşı vasitə kinodur. Özü sənədli filmlər”. Bu səbəbdən planlı şəkildə bizdə 1923-cü ildə kinostudiya yaradıldı. Kinostudiyada sənədli bədii filmlər çəkilməyə başlandı. Kinostudiyanın yaradılması ilə yerli kadrlarımız yetişməyə başladı. Azərbaycan kinosunun ilk rejissorlarından biri Mikayıl Mikayılov artıq 1924-cü ildə kinostudiyada çalışırdı. Rejissor Ağarza Quliyev, böyük Cəfər Cabbarlı da eləcə. Cəfər gördü ki, ssenariləri qeyri-azərbaycanlılar yazır, özü başladı ssenarilər yazmağa. Nəinki Azərbaycanda, bütün Şərqdə ilk qadın olaraq Qəmər Salamzadə kinoda işləməyə başladı. İlk dəfə bizdən Moskvaya oxumağa gedən professional kinorejissor Səməd Mərdanov oldu. İlk rejissorlardan biri olan Abbas Mirzə ŞərifzadəHacı Qara”, “Bismillah”, “Məhəbbət oyunufilmlərini çəkdi.

   1950-ci illərdə Elbəy Rzaquliyev, Cəbrayıl Əzimov, Məmməd Hüseynov digərləri kino rəssamlarımız kimi formalaşdılar. 60-cı illər kinomuzda dönüş ili kimi qeyd edilir. Bu dövrdə kinoya yeni nəsil gəldi bir sıra məşhur filmlər çəkildi.

  

   - Bu günlərdə müəllifi olduğunuzAzərbaycan kinosu. Ensiklopedik lüğət”in birinci cildi nəşr olundu. Qarşıda kino tarixini əks etdirən daha hansı nəşrləriniz olacaq?

   - Mənim illər boyu sandığıma yığdığım ən qiymətli səltənət arxivimdir. Həyatda hər kəs özündən sonra bir iz qoyur. Nə vaxtsa kitab yazacağım ağlıma gəlməzdi. Bu günə kimi 25 kitabım nəşr olunub. Amma zaman və tələb bunu diktə etdi. Qarşıda hələ 4 kitab yazmalıyam. “Azərbaycan kino ensiklopediyası”nın ikinci cildini, kinostudiyanın tarixini, “Azərbaycan kino salnaməsi” ikicildliyini (birinci cild bədii, animasiya, televiziya filmlərini, ikinci cild isə sənədli, elmi-kütləvi filmləri əhatə edəcək) çap etdirmək istəyirəm. Bu kitab 1898-ci ildən 2018-ci ilə qədər olan müddəti əhatə edəcək. Daha sonra xatirələrimi qələmə almaq arzusundayam. 55 il ərzində Azərbaycan kino tarixində gördüklərim, görkəmli kino xadimləri ilə bağlı xatirələrimi. Hələ ki sonuncuya vaxtım yoxdur. “Azərbaycan kinematoqrafçıları” adlı buraxılışın 9-cu cildini hazırlayıram. Təqaüdə çıxandan sonra bir gün də evdə oturmamışam. Dövlət qayğısını məndən əsirgəməyib, fəxri adım var, Prezident təqaüdü alıram. Bütün bunlar üzərimə məsuliyyət qoyur ki, nə qədər ömrüm var çalışdığım sahəyə xidmətimi əsirgəməyim.

  

   - 120 yaşlı kinomuza nə arzulayırsınız?

   - Mən kinomuzun tarixini sübut edənə qədər böyük əziyyətlər çəkdim. 80 illikdə yazdım ki, 80 deyil, 90-dan çoxdur bizim kinonun yaşı. Ümummilli lider Heydər Əliyev 2000-ci ildə bir sərəncamla bu tarixi təsdiq elədi. Bu bizim kinonun əsl tarixidir. Kinonu həmişə bir dənizə bənzətmişəm. Qabarmalar olur, çəkilmələr olur. Kinomuz olub, var və həmişə də olacaq. Müasir dövrdə prodakşnlar yaranıb, filmlər, seriallar çəkilir. Zamanla bu seriallardakı zəifliklər də aradan qalxacaq. Kinomuzun gələcəyinə inanıram. 2 avqust - Azərbaycan kinosu günü mənim üçün həmişə sevincli, ikiqat bayram olub. Həm kinonun ad günüdür, həm də əməyimin tarixidir. Çox sevinirəm ki, kinomuzun 120 yaşını mən də görə bildim. “Mədəniyyət” qəzetinin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm.

  

   - Sağ olun. Sizə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.-17 yanvar.- S.10.