Elza İbrahimovanın mahnıları
səsləndirilib
Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illiyi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq yerlərdəki mədəniyyət ocaqlarında da tədbirlər təşkil edilir.
Qusar rayon Uşaq incəsənət məktəbinin konsert zalında unudulmaz bəstəkarın əsərlərindən ibarət konsert keçirilib. Əvvəlcə məktəbin müəllimi Arzu Hacıyeva bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb.
Sonra
məktəbin müəllimlərindən ibarət
ansamblı, şagirdlər Elza
İbrahimovanın “Gedək üzü
küləyə”, “Gecələr bulaq
başı”, “Qurban verərdim”, “Gəl
barışaq” və başqa
mahnılarını səsləndiriblər.
Mədəniyyət.- 2017.-17
yanvar.- S.13.