“Nar bağı”
filmi Bolqarıstanda festivalda
Rejissor İlqar Nəcəfin
“Nar bağı” bədii
filmi 12-28 yanvar tarixində Bolqarıstanda
keçirilən 10-cu Sofia MENAR film festivalında nümayiş
olunacaq.
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti tərəfindən
istehsal olunan ekran əsərinin ssenari müəllifləri
Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.
“Nar bağı”nın festivalda nümayişi yanvarın
18-də keçiriləcək.
Ekran əsəri bir
ailə dramı üzərində qurulub.
Qabil 12 il
əvvəl heç kimlə sağollaşmadan
tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin
emosional yara hamının xatirindədir
və asanlıqla unudula bilməz.
Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban
İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad,
Həsən Ağayev və digərləri
canlandırıblar.
Mədəniyyət.- 2017.-17
yanvar.- S.16.