Elza İbrahimovanın 80 illiyi qeyd olunacaq

 

   Fevralın 21-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyi qeyd olunacaq.

   Sarayın mətbuat xidmətindən bildirilib ki, yubiley gecəsində tanınmış müğənnilərin ifasında bəstəkarın unudulmaz bəstələri - “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim, tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Ey vətən” və digər mahnıları səslənəcək.

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.2.