“Lənkəran: ensiklopedik
məlumat” kitabının ikinci nəşri
çapdan çıxıb
Azərbaycan Yazıçılar Birliyinin üzvləri - filologiya üzrə fəlsəfə doktoru Hacı Mirhaşım Talışlı və «Aşkarlıq» qəzetinin baş redaktoru Hacı Etibar Əhədovun “Lənkəran: ensiklopedik məlumat” kitabının ikinci nəşri çapdan çıxıb.
Lənkəranın tarixinin bütün sahələrini əhatə edən və ilk dəfə 2014-cü ildə işıq üzü görən kitab, oxucuların xahişi ilə, əlavələr edilməklə təkrar nəşr olunub.
Nəşrdə rayonun tarixini, etnoqrafiyasını, sosial-iqtisadi və mədəni quruculuğun bütün sahələrini əks etdirən məlumatlar, Lənkərandan olan və həyatını bu rayonla bağlayan ictimai-siyasi, hərbi xadimlər, elm və mədəniyyət işçiləri, tanınmış şəxsiyyətlər haqqında ensiklopedik məlumatlar, müxtəlif tarixi anları göstərən fotoşəkillər və s. verilib.
Müəlliflər kitab üzərində 10 ildən çox bir müddətdə işləyib, arxivlərdə axtarışlar aparıb, kitabxanalara, muzeylərə, tarixi yerlərə baş çəkib, çoxsaylı insanlarla söhbət ediblər. Yeni nəşrdə 1900-dən çox məqalə-termin, 990 şəkil verilib, 210 elmi ədəbiyyatdan, 200-dən çox qəzet materialından istifadə edilib.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mirhüseyn Abbasdır.
Ağaddin Babayev
Lənkəran
Mədəniyyət.- 2017.- 19
yanvar.- S.7.