Ustad tarzənin Ərdəbildə solo konserti
Azərbaycanın Xalq artisti,
“Şöhrət” və
“Şərəf” ordenli
tarzən Ramiz Quliyevin Ərdəbil şəhərində ilk solo konserti
keçirilib.
Konsertdə tarzəni tanınmış
pianoçu Eta Etminan və zərb ifaçısı Əmir
Əli Nəbi müşayiət ediblər.
Tarzənin ifasında klassik
və müasir Azərbaycan bəstəkarlarının
əsərlərindən nümunələr
təqdim olunub. Bununla yanaşı, proqramda Azərbaycan klassik muğamları, xalq mahnıları və Qərb bəstəkarlarının
əsərləri yer
alıb.
Anşlaqla
keçən konsert proqramı bir daha dinləyicilərin
Azərbaycan milli musiqisi
və tar ifaçılığına olan sevgisini göstərib.
Mədəniyyət.- 2017.- 19
yanvar.- S.8.