Ölkəmiz Madriddə beynəlxalq turizm sərgisində təmsil olunur

 

   Yanvarın 17-də İspaniyanın paytaxtı Madriddə “Fitur-2018” beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı təqdim olunur. Tədbirdə nazirliklə yanaşı 9 turizm şirkəti və mehmanxana iştirak edir. Nazirliyi Turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

   Sərgidə ölkəmizin turizm potensialı 55 kvadratmetr sahədə qurulan stenddə nümayiş olunur. Stendimizdə ziyarətçi və iştirakçılara paylanması üçün müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur, işgüzar görüşlər keçiriliryerli turizm şirkətləri tərəfindən əməkdaşlıq müzakirələri aparılır.

   Azərbaycan stendini Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və ölkəmizin İspaniyadakı səfiri Anar Məhərrəmov ziyarət edib.

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.9.