İncəsənət gimnaziyasının
şagirdləri Bülbülün memorial muzeyinin
qonağı olublar
Bülbülün memorial muzeyində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbir milli professional vokal sənətimizin banisi Bülbülün 120 illik yubileyi münasibətilə təşkil edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova ölkə başçısının 11 may 2017-ci il tarixdə Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Yubileylə bağlı muzeydə tədbirlərin keçirildiyini qeyd edən F.Cabbarova növbəti görüşün iştirakçılarını salamlayıb.
İncəsənət gimnaziyasının direktoru Aytən Əhmədova çıxış edərək Bülbülün yaradıcılığından danışıb, onun Azərbaycanın musiqi tarixində silinməz izlər qoyduğunu vurğulayıb.
Sonra gimnaziyanın şagirdləri - Nərgiz Həşimova, Süleyman Mahmudov, Murad Rəşidov, Toğrul Məmmədov, Kənan Babazadə, Fərid Zeynalov, Toğrul Abdullayev, Sevda Cəbrayılova, Hüseyn Nağıyev, Əzizə Ələkbərli və Ruslan İsmayılovun ifasında konsert proqramı təqdim edilib. Teatr şöbəsinin şagirdləri Canəli Canəlizadə, Kərim Nəcəfov və Elçin Əliyevin ifasında maraqlı səhnəcik nümayiş etdirilib.
Tədbir gimnaziyanın Təsviri və tətbiqi sənət şöbəsi şagirdlərinin Bülbül yaradıcılığına həsr olunmuş sərgisi ilə davam edib. Rəsm əsərləri muzeyə hədiyyə edilib.
Mədəniyyət.- 2017.- 19
yanvar.- S.13.