Yazıçı-jurnalist Nahid Hacızadə
vəfat edib
Tanınmış
yazıçı-jurnalist Nahid
Hacızadə uzun sürən xəstəlikdən
sonra 2018-ci il
yanvarın 18-də dünyasını
dəyişib.
Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu
kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsində
təhsil alıb.
Uzun illər Azərbaycan
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsində müxtəlif
vəzifələrdə çalışıb,
komitənin sədr müavini olub.
Ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə
gəlib. İlk kitabı
1972-ci ildə çap
edilib. "Ömrün
sorağında", "Ömür
gözləyir bizi",
"Məhəbbət yaşadır",
"Köçündən ayrılan durna" pyesləri teatrlarda tamaşaya qoyulub. Nahid Hacızadənin ssenariləri
əsasında 30-a yaxın
sənədli və bədii televiziya filmi çəkilib.
Allah rəhmət
eləsin.
Mədəniyyət.- 2017.- 19
yanvar.- S.13.