Mədəniyyət və turizm naziri Portuqaliyaya səfər edib

 

 

   İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə müzakirələr aparılıb

  

   Mədəni əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalanacaq  

   Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Portuqaliyada səfərdə olub, bir sıra görüşlər keçirib.

   Əbülfəs Qarayevin yanvarın 19-da Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendes ilə görüşündə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi üzrə aparılmasından söz açılıb.

   Nazir bu il mədəniyyətlərarası dialoqa dairBakı Prosesi”nin 10 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında, eləcə Bakıda növbəti dəfə gerçəkləşəcək Beynəlxalq Humanitar Forum barədə məlumat verərək, portuqaliyalı həmkarını ölkəmizdə təşkil olunacaq tədbirlərə dəvət edib.

   Görüşdə Azərbaycan Portuqaliya arasında mədəni əlaqələrin inkişafına dair anlaşma memorandumunun hazırlanması bu il ərzində imzalanması ilə bağlı razılığa gəlinib. Memorandum əsasında görüləcək tədbirlər üzrə fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlar aparılıb.

   Sonda Əbülfəs Qarayev Portuqaliyanın mədəniyyət nazirinə dəvətə görə təşəkkürünü bildirib onunla Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görüşməkdən məmnun olacağını deyib.

  

   Muzeylərarası əməkdaşlıq imkanları müzakirə edilib

  

   Əbülfəs Qarayev səfər çərçivəsində Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.

   Görüşdə Azərbaycan Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeylərdə eksponatların qorunması, saxlanması qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.

   Nazir ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə iki ölkə arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.

   Görüşdən sonra Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub Azərbaycan muzeylərinin bu muzeylə əməkdaşlığının əhəmiyyətli ola biləcəyini bildirib. Sonda nazir muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb.

  

   Azərbaycanda keçirilən beynəlxalq tədbirlər multikulturalizm ənənələrinin təsdiqidir

  

   Mədəniyyət turizm naziri Portuqaliyaya səfəri zamanı Avropa Şurasının Şimal-Cənub Təşkilatının rəhbəri Antonio Gamito ilə görüşüb. Qeyd edək ki, adıçəkilən təşkilat ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır.

   Görüş zamanı Forumun əhəmiyyətindən bəhs olunub, 2018-ci ildəBakı Prosesi”nin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə edilib.

   Eyni zamanda bu il keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışılıb, bu istiqamətdə yeni layihələrin işlənilməsi bu kimi tədbirlərin Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlılığı barədə fikir mübadiləsi aparılıb.

   Nazir təşkilatın rəhbəri Antonio Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərə dəvət edib gələcəkdə mərkəzlə əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb.

   Antonio Gamito Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verdiyini bildirərək bu sahəyə böyük diqqət ayrıldığını qeyd edib. O, tədbirlərdə iştirak edən alimlərin, mütəxəssislərin də bu fikirdə olduğunu və həyata keçirilən bu layihələri yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.

 

Mədəniyyət.- 2018.- 24 yanvar.- S.3.