“Muğam ənənəsi
elm və incəsənət
qovşağında”
Martın 7-dən 10-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq muğam simpoziumu keçiriləcək.
AMEA-dan bildiriblər ki, tədbirin açılışı akademiyanın əsas binasında olacaq.
Simpoziumda “Muğam
Şərq lad sisteminin
milli interpretasiyaları”, “Muğam
mətnlərinin estetik və narrativ semantikası”, “Vokal-instrumental
muğam mətnlərinin dil
və ritmik özəllikləri”, “Azərbaycan
muğam-dəstgahının konseptual
mahiyyəti”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və
musiqiterapiya”, “Muğam-makam
ifaçılıq ənənəsi multikultural
dünyanın təmas nöqtəsi kimi”,
“Muğam yaradıcılığında
bədiiliyin elmi və elmin
bədii əsasları”, “Muğamın inkişaf
yolları: tarix və müasirlik”
bölmələri üzrə məruzələr dinləniləcək.
Mədəniyyət.- 2018.- 24
yanvar.- S.5.