“Şəhid şəhər” uşaq rəsm müsabiqəsi elan olunub
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş “Şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, qan yaddaşımıza əbədi həkk olunmuş bu faciəni təsviri sənət dili ilə bir daha diqqətə çatdırmaqdır.
Müsabiqəyə
15 yaşına qədər uşaqlar
qatıla bilərlər. Hər
iştirakçı ən çox 3 əsər
təqdim edə bilər. Əl işlərini 2018-ci il fevralın 8-dək Xətai Sənət Mərkəzinə
(AZ 1025. Bakı şəhəri, Xocalı
pr. 62) təqdim etmək, yaxud
mərkəzin e-mail (xsm2016mail.ru) və sosial şəbəkə ünvanlarına
göndərmək olar.
Mədəniyyət.- 2018.- 24
yanvar.- S.5.