Milli İncəsənət Muzeyində
“Qanlı qərənfil”
Azərbaycan
Milli İncəsənət Muzeyində də
20 Yanvarın ildönümünə həsr olunmuş
tədbirlər keçirilib.
28 il əvvəl baş vermiş qanlı hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxış edən tarixçi Rizvan Hüseynov 20 Yanvarın Azərbaycan xalqı üçün təkcə faciə deyil, ləyaqətini qorumaq üçün canını qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə kimi yüksək qiymətləndirib, bu günü milli azadlıq hərəkatının zirvəsi adlandırıb. O, Azərbaycan tarixinin qanlı yaddaşı ilə bağlı tələbələrin suallarını cavablandırıb.
Muzeydə
uşaqların maariflənməsi məqsədilə 6
saylı tam orta məktəbin
şagirdlərinə “Qanlı qərənfil” adlı ustad dərsi keçirilib.
Şagirdlər Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti tələbələrinin
“Sülhə çağırış” mövzusunda
çəkilmiş rəsm əsərləri və öz həmyaşıdlarının
yazdıqları esselərlə də tanış olublar.
Mədəniyyət.- 2018.- 24
yanvar.- S.7.