Özbəkistanda anım mərasimi
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində mərkəzin nəzdindəki rəsm dərnəyi üzvlərinin 20 Yanvar faciəsinə dair çəkdikləri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi təqdim edilib. Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsi haqqında danışaraq, bu hadisələrin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan öz istiqlalını əldə etdiyini bildirib, Özbəkistanın Xalq şairi Camal Kamalın “Azərbaycan” şeirini söyləyib.
Mərkəzin nəzdindəki Azərbaycan dili kurslarının uşaqları 20 Yanvar şəhidləri haqqında şeirlər oxuyublar.
Anım tədbirində
faciə qurbanlarına həsr olunmuş rekviyem iştirakçılara təqdim edilib. Daşkənddəki Nizami
adına Dövlət Pedaqoji Universitetinin dosenti Davron Kadirovun rəhbərliyi
ilə ansambl özbək məqamlarını,
ağılarını, Özbəkistan Dövlət
Konservatoriyasının vokalçısı Şaxistə Pirnazarova qəmli xalq
türkülərini ifa ediblər.
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.13.