“Azərbaycan xalçaları” jurnalının növbəti sayında

 

   “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 24-cü nömrəsi çap edilib.

   Jurnalda görkəmli yazıçı, azərbaycanşünas-alim Yusif Vəzir Çəmənzəminlinin “Bizdə xalıçılıq”, tarix üzrə fəlsəfə doktorları Könül İmamverdiyevanın “Bayraq tarixi yaddaşın daşıyıcısıdır”, Tahir Şahbazovun “XIX əsr Azərbaycan memarlığı və incəsənətinin bəzi məsələlərinə dair”, Cavid Bağırzadənin “Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər dövrü tarixi coğrafiyasına dair”, Bayram Quliyevin “Elxanilər dövrü Azərbaycanın xəttatlıq və miniatür tarixinə qısa bir nəzər” və başqa məqalələr yer alıb.

   Nəşrdə həmçinin əcnəbi müəlliflərdən tarix elmləri namizədi Acap Bayriyevanın (Türkmənistan) “İslam dünyasının incəsənəti: İslam mədəniyyətinin memarlığa və türkmən xalçalarına təsiri”, Mariya Filatovanın (Rusiya) “Dövlət Şərq Muzeyinin kolleksiyasında saxlanılan 1920-ci illərə aid Azərbaycan tikmələrində təsviri motivlər”, Robert Çensiner (Böyük Britaniya), Səida Qarunova və Məmmədxan Məmmədxanovun (Dağıstan) “Azərbaycanın və Dağıstanın xalçalarında və tekstil nümunələrində əjdaha obrazları” mövzularda məqalələri dərc edilib.

   Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

 

 

Mədəniyyət.- 2017.- 24 yanvar.- S.14.