Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanılan, Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikası barədə “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.
Müqəddimə,
dörd fəsil və nəticədən
ibarət kitabda Azərbaycan, Osmanlı
türkcəsi, özbək dillərinin xüsusiyyətləri
araşdırılır, farsdilli əhaliyə
bu dillər barədə məlumat verilir. Müəllif ayrı-ayrı sözlərin
mənasını, leksik, morfoloji
xüsusiyyətlərini izah edərkən
Nəvai, Füzuli və başqa
şairlərin əsərlərindən nümunə kimi istifadə edib.
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.15.