“Dünya Aytmatovu oxuyur”
Qırğızıstanda “Dünya Aytmatovu oxuyur” adlı ədəbi aksiyaya start verilib. Aksiya “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün” və s. kimi dünya şöhrətli əsərlərin müəllifi Çingiz Aytmatovun (1928-2008) 90 illik yubileyinə həsr edilib.
Onlayn fləşmobda iştirak etmək istəyənlər Aytmatovun əsərlərindən oxuduqları kiçik parçanı videoya yazaraq, çarxı müvafiq həştəqlər ilə sosial şəbəkələrdə yerləşdirməlidirlər. Videoçarxın müddəti 2 dəqiqədən çox olmamalıdır.
“Novosti literaturı” (“Ədəbi xəbərlər”)
saytı xəbər verir ki,
“Dünya Aytmatovu oxuyur” aksiyasının təşəbbüskarı
Qırğızıstanın Təhsil və Elm
Nazirliyidir. Layihə Çingiz
Aytmatov irsini təbliğ
etmək, əsərlərinin mütaliəsi mədəniyyətini
formalaşdırmaq məqsədi daşıyır.
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.15.