“Qarlı qışı görmək üçün buraya gəlmişik”
Son illər Qəbələ rayonunda qış turizminin inkişafı üçün görülən işlər, yaradılan müasir infrastruktur əcnəbi turistlərin daha çox marağını cəlb edir. Rayonda artıq bir neçə ildir ki, “Tufandağ” dağ-xizək kompleksi fəaliyyət göstərir. Qarın yağması ilə rayonun Duruca kəndində yerləşən müasir istirahət mərkəzində xizəkçilik mövsümünə start verilib.
Turizm şirkətləri vasitəsilə Qəbələyə gələn turistlərin ən çox üz tutduğu yerlərdən biri kanat yolları və xizəkçilik mərkəzidir.
Birləşmiş Ərəb Əmirliklərindən gələn turist Hamdan Muhammad Ahmad AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycana ilk dəfə səfər etdiyini, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsinin məhz Qəbələdə şahidi olduğunu deyib: “Qarlı havada meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla bura yenə qayıdacağam”.
“Bizim ölkəmizdə nadir
hallarda qar
yağır və tez əriyir. Burada tam başqa ab-havadı. Qəbələdə əsl qış fəslidir. Qarlı qışı görmək
üçün buraya
gəlmişik. Kanatla dağ
gəzintisinə çıxmaq
və xizəklə sürüşməkdən zövq
alıram”, - bu isə Dubay şəhərindən gələn
turist Muhəmməd Əl Şaerin təəssüratıdır.
Peşəkar təlimçilər turistlərə buz üstə xizəklə düz sürüşməyi,
sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Qonaqlar üçün
Azərbaycan, rus və ingilis dillərində fərdi və ya qrup
şəklində xizək
dərsləri təşkil
olunur. İstirahət mərkəzinə gələnlərin əksəriyyətinin
məlumatlandırılmasına ehtiyac var. Bu problemi həll etmək üçün informasiya
məntəqəsi yaradılıb.
Turistlər
əvvəlcə kanat yolu
ilə qarla örtülmüş
uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ
şəhərini, Duruca kəndini və ətrafdakı
çayları, meşələri, gözəl mənzərəni
seyr edir, xatirə
şəkli çəkdirirlər. Gün
ərzində kompleksdə 3 min nəfərə
xidmət göstərilməsi üçün
şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu
6 kilometr, 10 xizək yolunun
uzunluğu isə 17 kilometrdir.
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.9.