Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası
İcraiyyə Şurasının iclası
Qurumun may ayında
Qalaaltıda keçiriləcək Baş
Assambleya toplantısına hazırlıq
müzakirə olunub
Yanvarın 17-dən 19-dək Fransanın paytaxtı Parisdə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) İcraiyyə Şurasının iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edib.
Tədbirdə çıxış edən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi bildirib ki, son illər statistik təhlillərə nəzər saldıqda Avropa sağlamlıq turizmi məkanlarının, yerləşdirmə obyektlərinin sayının artması təqdirəlayiqdir. Onun sözlərinə görə, bu sahənin inkişafı EHTTA tərəfindən əhəmiyyətli layihələr həyata keçirilməsinə geniş imkanlar açır.
Tədbir çərçivəsində EHTTA-nın rəhbəri G.Bellandi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova arasında görüş keçirilib və may ayında qurumun Qalaaltıda keçiriləcək illik toplantısı haqqında ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda tədbirin təşkilatçılığı ilə bağlı həm assosiasiya, həm də nazirlik tərəfindən görüləcək işlər barədə detallar müzakirə olunub.
Görüş zamanı yaxın gələcəkdə Azərbaycanın digər termal imkanları geniş olan və daha çox inkişaf etmiş sağlamlıq turizmi regionlarının da assosiasiyaya üzvlüyü məsələsi qaldırılıb.
Xatırladırıq
ki, 2016-cı ildən etibarən Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə Qalaaltı kurortu (Şabran rayonu) Avropa Tarixi Termal
Şəhərlər Assosiasiyasının “Termal
şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub. Üzvlük çərçivəsində
2018-ci ilin mayında EHTTA-nın növbəti
Baş Assambleya
toplantısının Qalaaltıda keçirilməsi qərara
alınıb.
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.9.