“Artım”
layihə məkanında
ilin ilk sərgisi
Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzinin
“Artım” layihə məkanında rəssam Vüsal Rəhimin “Nurcan” adlı fərdi sərgisi açılıb.
Rəssam bu dəfə
diqqəti erkən məcburi nikah kimi problemli məsələyə yönəltməyə
çalışan layihəni
təqdim edib.
Layihənin icrası erkən
nikahlar mövzusuna qarşı həssaslığın
artırılması istiqamətində
sosial işləri dəstəkləməklə yanaşı,
cəmiyyətə bu
problemin aktuallığını
və virtual müzakirə
platformasının təşkilinin
vacibliyini izah edir. Erkən nikahların başlıca
səbəbləri müxtəlifdir
və əsasən bunlara yoxsulluq, sosial təzyiqlər, adət-ənənələr və
müdafiəsizlik daxildir.
Sərgi fevralın 8-dək davam edəcək.
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.2.