Keçmişdən bu
günümüzədək türkcə yazılan divanlar
Yanvarın 24-də Ankarada Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə "Türkcə divanlar sərgisi" açıldı.
Türkiyə Milli Kitabxanasının sərgi salonunda keçmişdən bu günümüzədək türkcə yazılan divanlar nümayişə çıxarılıb. Sərgidə İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər Azərbaycan şairlərinin türkcə divanları da nümayiş olunur.
Açılış mərasimində çıxış edən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri Dərya Örs sərginin türk xalqlarının zəngin divan ədəbiyyatının yeni nəsillərə çatdırılmasına böyük töhfə verəcəyinə inamını ifadə etdi.
Türk Dil Qurumunun sədri Mustafa Kaçalin sərgidə 100-ə yaxın əsərin təqdim olunduğunu diqqətə çatdırdı.
Qeyd edək ki, üç gün ziyarətçilərə açıq olan sərgi yanvarın 26-da başa çatacaq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.5.