Rus Dram Teatrında “Sonuncu ehtiraslı gənc”
2 fevral - Gənclər günündə
S.Vurğun adına
Azərbaycan Dövlət
Rus Dram Teatrının
səhnəsində amerikalı
dramaturq Nil Saymonun pyesi əsasında hazırlanmış “Sonuncu
ehtiraslı gənc” tamaşası nümayiş
etdiriləcək.
Tamaşanın bədii rəhbəri
Xalq artisti Yuri Baliyev, rejissoru teatrın aktyoru İlkin Mehdiyevdir. Rollarda Əbdülqəni Əliyev
(“Yuğ” teatrı), Natəvan Hacıyeva (Rus Dram Teatrı) çıxış edəcəklər.
Ötən ilin
dekabr ayında Sankt-Peterburqda
Gənc Tamaşaçılar Teatrının səhnəsində
oynanılmış bu tamaşa
böyük maraqla
qarşılanıb. Layihənin iştirakçıları
24-cü “Milad paradı” Beynəlxalq teatr festivalının diplomu
ilə təltif ediliblər.
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.6.