“Nəğməkar bəstəkar” adlı musiqili gecə

 

   Quba rayon MKS-nin Mərkəzi kitabxanası və Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyi ilə əlaqədar “Nəğməkar bəstəkar” adlı musiqili ədəbi-bədii gecə keçirildi.

   Musiqi məktəbində keçirilən tədbirdə tədris ocağının direktoru İlqar Məmmədov, MKS-nin direktoru Saməddin Nəsirov, kitabxananın əməkdaşı Rübabə Hacıbəyova, məktəbin müəllimi Ülkər Həsənova çıxış edərək Elza İbrahimovanın həyat və yaradıcılığı haqqında danışıblar.

   Vurğulanıb ki, unudulmaz mahnılar müəllifi olan bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli sərəncamı ilə sənətkarın 80 illik yubileyinin qeyd olunması da bunun təsdiqidir.

   Tədbirdə musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın “Sən yadıma düşəndə”, “Gedək üzü küləyə”, “Gecələr bulaq başı”, “Qurban verərdim” mahnıları səslənib.

 

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.7.