33 ölkədən rəssamlar bir arada

 

   Adana Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Türk dünyası sənət toplantısı öz işinə başlayıb. Tədbirə 33 ölkədən 93 rəssam qatılıb.

   Rəssamlar bir həftə boyunca Adananın tarixini, maddi-mədəniyyət abidələrini kətan üzərinə köçürəcəklər. Yaradılan əsərlər yanvarın 31-də təşkil ediləcək sərgidə sənətsevərlərə təqdim olunacaqbir həftə nümayiş etdiriləcək.

   Ölkəmizi bu tədbirdə rəssamlar Vahid Novruzov, İlqar Əkbərov, Həmzə Sadıqov, İlham Ənvəroğlu, Həbib Allahverdiyev, Teymur Ağalıoğlu təmsil edirlər.

 

 

 S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.8.