Böyük Oğul, “sonsuzAta...

 

   Saysız millət övladları yetişdirmiş, çox sahədə çox görkəmli, bir işdə isə çox əzəmətli Firidun bəy Köçərli

  

   Bütün şüurlu ömrünü maarif, pedaqogika, ədəbiyyatşünaslıq, publisistika və digər ümumxalq nəfli irs-işlərə sərf etmiş bu Vətəndaş 1918-ci ilin əvvəllərində millətimizin gələcəyi tutumlu bir tarix yaratdı: Çar Rusiyasının Qafqaz ucqarındakı xalqların milli taleyində əsl universitet görəvi göstərən Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini ƏSL VƏTƏN ÖVLADLARI yetişdirməkçün Gürcüstandan Azərbaycana gətirdi!..

     

   Yuxarıdakı üç sözü baş hərflərlə yazmağımın “nədən”i aşağıdakı epizodda:

   1910-cu il. Axşamçağı. Qori qışının soyuq-sazaqlı saatları. Dərsdən evə gələn Firidun bəy xanımını əliqoynunda görür. Hər gəliş-görüşündə bu əsilli-nəsilli, kübar xatun-xanımıyla yüksək əyarlı zarafatlar edən Firidun bəy təşvişə düşür:

   - Noolub, Badisəba, niyə qəmlisən? Olmaya Şuşadan, ya Qazaxdan bəd xəbər var?..

   Əslən Qazağın məşhur Vəkilovlarından olan xanım ömrünü-gününü millət yolunda əritmiş ərinin çox tutulduğunu görüb, öz şirin ləhcəsilə:

   - Eh, ay Firiddun... xəbər uzaqlardan döy, budu burdandı, - deyib, ürəyini nişan verirhandan-hana sözünə davam edir.

   - Bu qədər ömür sürdük, Tanrı bizə bir övlad da vermədi ki, nişanəmiz qalsın...

   Özününbilaixtiyar ürəkdolusu bir köks ötürdüyünün fərqinə varıb, fövrən də gülümsünən Firidun bəy onu əzəli-əbədi analıq arzu-istəyilə bağlı hislər sıxıntısından çıxarmağa çalışır:

   - Fikir eləmə, Badim! Bu seminariyada oxumuş, oxuyan və oxuyası azərbaycanlı uşaqlar bizim də balalarımızdır. Bizi kim unutsa da, onlar yaddan çıxarmazlar. Bu, mənim yəqinimdir. Vaxt gələr - bunu görərik də, ruhumuzla duyarıq da...

   Onun arzu-gözətlədiyi “vaxt” erasının bir parası da, bax, elə bu dəqiqələr, sizin sayğınızsa, bu yeri behiştliyin 1909-cu ildə qələmə aldığı (və mənim xeyli qısaltdığım) “Dünyada bəla nədən törəyir” adlı məqaləsini Haqq xatirinə və milliyətçilik naminə -

  

   Səbir və səmimiyətlə oxumağınız:

  

   "Qraf L.Tolstoyun tərtib etdiyi "Əlifba" kitabçasındakı hekayətlərdən birisində yer üzündə bəlanın nədən törəməsindən rəvayət olunur ki, onun müxtəsər məzmunu budur:

   Tərki-dünyalıq edən bir abid vaxtını meşədə ibadətlə keçirər, heyvanlar da onun başına cəmləşərmiş. Bir kərə də bir qarğa, bir göyərçin, bir ilanbir maral axşamlamaqçün həmin abidin kölgəsinə sığındığı ağacın altına gəlir və başlayırlar öz aralarında söhbətə ki, aya, yer üzündə bəla və günah nələrdən törəyir?

   Qarğa bunların aclıqdan, göyərçin məhəbbətdən, ilan qəzəb və şərarətdən, maral qorxu və vahimədən, abid isə bədəndən törəndiyini bildirir. Deyir, bədən olmasa, nə aclıq, nə məhəbbət, nə qəzəb, nə də qorxu olar...

   Maralın söylədiyi "Əgər ürəkdə qorxu olmasa hər öz yoluyla gedər. Düzdür, böyük yırtıcılardan xilas olmaqçün Allah bizə sürətli ayaqlar, xırdaları dəf üçünsə buynuzlar mərhəmət edib, amma neyləmək ki, canımız doludur qorxu ilə. Balaca bir şıqqıltı bütün bədənimizə lərzə salır, başlayırıq yarpaq kimi tir-tir əsməyə" sözlərini oxuyanda bizim biçarə müsəlmanların halı yadıma düşdü. Yəni, hərgah marallar bilsə ki, o səs-şıqqıltı yellərin əsdirdiyi kollardan, yarpaqlardan əmələ gəlir, qorxudan özlərini dağa-daşa çırpmazlar. Bizim müsəlmanlar da həmçinin; vahimələndikləri şeylərin əsilanəsini bilsələr, bilaşübhə onlardan qorxmazbu qədər bəla-fəlakətlərə düçar olmazlar.

   Bəs qorxuya ümdə səbəb nədir? Avamlıq, bilməməzlik, məktəbsiz-elmsizlik!

   Bu avamlıq müsəlmanları cürətsiz, hünərsiz, xar və zəlil edibdir. Bu ucbatdan biz hətta öz vətənimizdə özümüzü qəriblər, öz evimizdə yadlar kimi aparırıq. İçimizdə olan xarici millət və qövmlərdən olanlar isə, öz ayıqlıqları sayəsində bizdən cürətli, rəşid, dilavər, zirək olur, heç kəsdən xofehtiyat etmir, öz mülk-məskənimizdə özümüzə ağalıq, mal-dövlətimizə sahiblik edirlər...

   Zülmə, sitəmə, hər qisim ədalətsizliyə bizim kimi səbrçi, tabçı bir tayfa tapılmaz. Müsəlman mərkəzlərindəki uyezd naçalniki dəftərxanalarında, banklarda, poçt-teleqrafxana, məhkəmə, hətta apteklərdə cümlə-müsəlmanları mütləq lap geridə məyus durub növbət gözləyən, sürü kimi döşənili, ziyanlıq mal kimi zar-zəbun halda görərsiniz. Bunlardan çoxu bilmir ki, onları nə təqsir və əməl ucundan divanxana qabağına toplayıblar. Birisinin də cürəti yoxdurişçün çağırıldığını divan əmələsindən xəbər alıb öyrənsin. Allah onlara ağıl da verib, baş da verib, amma nə edəsən ki, maralın canına çökən qorxu məsələsi! Bu qorxu haman abidin dediyi "bədən"imizə analarımızın südü ilə giribdir. Ömrünü həmişəlik qorxu altında çürütməli olan yazıq anaların südünü əmən balalardan da elə o sayaq qorxaq, aciz nəsil əmələ gələcəkdir. "Maya budlu arvad gərəkdir ki, nərbudlu da oğul doğulsun". Elm-savadlı, ayıq-sayıq, hürr, nəticə etibarilə hünərli analar gərəkdir ki, onlar da haman cövhərli südlərini əmizdirə-əmizdirə hünərli, cürətli, bacarıqlı nəsil yetirsinlər..."

   Bu dəm mətndaxili bir "P.S.": Məqalədəki "poçt-teleqrafxana" və "maral" ifadələri mənə qəni-qəni rəhmətliklərdən Mirzə Cəlilin "Poçt qutusu"nu və Ə.Haqverdiyevin "Marallarım"ını xatırlatdı...

  

   Bəli...

   

   Düz otuz ildir yağı qonşumuzun haqq-ədalətsizliyindən danışır, amma əvvəlki 70-də düşmənin perspektivə işləyən planlarına göz yummağımızı eynimizə almırıq. Özü də, artıq yazımıza pozu, çapımıza yasaq olmayacağını bildiyimiz halda! Firidun bəy Köçərli dövrünün yazar-pozarları isə belə etmirdilər. Həm də bunları, bütün ömürlərini millət yolunda sərf etsələr də, haçansa uşaqlarını qızındırmaqçün əlyazmalarını sobaya atacaqlarını (C.Məmmədquluzadə), bütün varidatını tədqiqat materiallarına xərcləyib acından öləcəklərini (S.Mümtaz), sürgünlərdə çürüyəcəklərini (H.Cavid), şahidsiz-sübutsuz güllələnəcəklərini (haman bu Firidun bəy Köçərli) ehtimal edə-edə edirdilər...

   Belələri elə-elə böyük işlər görüb, belə-belə ehtimallar etməkdə, qatı daşnaklığını gizlədib “ən vəfalı bolşevikdonuna girmiş Liberman(lar) isə Gəncədən kilometrlərlə uzaqda maarifçiliklə məşğul olan Qazax Müəllimlər Seminariyasına direktorluq, millətə qara fəhləlik edən qəhrəmanımızı yuxarılara “Gəncə üsyanının əsas təşkilatçısı” kimi realizə edib-etdirmədə:

   “Mən, iyirminci diviziyanın Xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən (!?) və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda millətçilik ehtiraslarını qızışdırmış, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.

   Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

   Təsdiq edirəm: 7 ¹li Xüsusi bölmənin rəisi Liberman.

   Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.

   4 iyun 1920-ci il, Gəncə...”

  

   Deməli...

  

   155 il öncə bu gün (26 yanvar) Şuşada dünyaya gəlib, oradakı beş-on erməni-rus uşağınınbenefis”inə açılmışrus şkolası”nda oxumuş, 1878-ci ildə məşhurtələbəaxtaran” Aleksey Çernyayevskinin bu şəhərə gəlib onu da seçməsilə Qori Müəllimlər Seminariyasına yollanmış qısa sürəli ayrılıqları, bəzixırda-paragörəvlərilə əlaqədar fövri təcridolunmaları istisna edilməklə, bütün ömrünü bu məktəbin qəriblikdəki doğma yurdumuzdakı dönəm-dövranına həsr fəda etmiş, milli taleyimizə azman maarif xadimi, universal mədəniyyət mələyi timsalında doğulmuş bu milli-mücahidin qədəri həmin tarixçəyə qədərmiş. Bolşevik daşnaklar bu xalqın düşünər beyinlərindən, bəyandar dillərindən, ziyalı ordusu yetişdirən aydınlarından biri kimi gördükləri bu fenomeni öz hakimiyyətlərinin elə bələyindəcə boğmalı imiş ki, nəzərdə tutduqları total repressiya maşınları əngəl-maneəsiz hərəkət etsin.

   Ancaq... zaman deyir ki, onun seminariyanın Azərbaycan şöbəsi mükəlləfiyyətinin bir vaqonuna yüklənib Azərbaycana doğru irəliləyən o qatar əbədən hərəkətdə...

   Bəs onun ovaxtdan-buvaxtaqədərki xələfləri nə deyiblər?

   Akademik Həmid Araslı: “Ötən əsrin əvvəllərində realist bədii nəsr, dramaturgiyasatirik publisistikada C.Məmmədquluzadə, yeni şeiriyyətdə M.Ə.Sabir, milli musiqinin inkişafında Ü.Hacıbəyli hansı zirvədədirsə, ədəbiyyatşünaslıq elmində də F.Köçərli həmin ucalıqda qərar tutub”.

   Akademik Bəkir Nəbiyev: “A.Bakıxanovun “Gülüstani-İrəm”i tarixşünaslıqda, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” ədəbiyyatşünaslığımızda ilk və ən mötəbər mənbələrdəndir”.

  

   Bu yazımı böyük maarifpərvərin məqalələrindən birinin təqdimilə başladım, elə onlardan birini xatırlatma ilə də sona varım.

   Oxucuya çatdırmaq istədiyi mətləbləri daha canlı hədəfləməkçün Krılovun “Ağacın yarpaqları və kökləri” (“kölgə xidmətləri”lə lovğalanan yarpaqlaronlara can-şirə verən kök-rişələrin bəhsi) təmsilinə istinadən yazdığı başqa bir məqaləsi mənə belə bir mətləb də pıçıldayır; o barmaqsayı dahi sələflər (başda bani Firidun bəy özü olmaqla) öz zəngin və parlaq irslərilə yüz ildən çoxdur ki, bizimtək statistik xələflərə nümunəvilik etmədə...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.13.