Qərinələrdən gələn sədalar
Cənub bölgəsində yazıb-yaradan yazıçı-həkim, həvəskar rəssam Eldar Tahirov üç romanın müəllifidir. “Ata sorağında” adlı axırıncı romanı yaxın günlərdə çap olunaraq oxucuların ixtiyarına verilib. Kitabda yazıçının qələmə aldığı bütün hadisələr real həyatdan götürülüb. Odur ki, roman oxucuya təbii, inandırıcı görünür, maraqla oxunur. Müəllif oxucunu tarixi keçmişə aparır, cənub bölgəsinin ilk xanı olan Qara xandan başlayaraq Mirhəsən xana qədər olan Lənkəran xanlığı haqqında ətraflı məlumat verir...
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Məsud Məmmədovdur.
Eldar Tahirovun “Ata sorağı” romanı cənub bölgəsinin tarixini, etnoqrafiyasını, toponimikasını öyrənmək baxımından da əhəmiyyət daşıyır.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.13.