Qrafikaya bağlı ömür

 

   Hər bir rəssamın yaradıcılıqda təbii təyinatı olur. Bu, o deməkdir ki, yaradıcı məşğul olduğu sahədə özünün daha yaxın sandığı yönü sənət həyatının anlamına çevirərək ona sadiq qalır. Belə sənətkarlardan biri tanınmış rəssam, qrafik Mais Əliyevdir. Onun rəssamlıqda təbii təyinatı qrafika sahəsidir desək, yanılmarıq. Bu sənətin incəliklərinə dərindən yiyələnən rəssam hər əsərinin ərsəyə gəlməsinə ömrünün bir parçasını qoyub.

   O, 1949-cu ildə Bakı şəhərində anadan olub. İlk rəssamlıq təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. 1968-ci ildə oranı bitirən rəssam ali təhsilini 1972-ci ildən V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Dəzgah qrafikası fakültəsində davam etdirib. Amma üç il bu təhsil ocağında oxusa da, təhsilini başa vurmayıb. O zaman fikri təhsilini Ukraynanın Lvov şəhərindəki İ.Fyodorov adına Poliqrafiya İnstitutunda davam etdirmək idi.

   Bu haqda rəssam belə deyir: “Moskvadakı institutdan çıxmaq istəyimi Xalq rəssamı, kafedra müdiri Tahir Salahova bildirəndə çox əsəbiləşdi, razı olmadı. Sonra fikrimin qətiliyini görəndə qarşı çıxmadı. Rəsm bacarığımın artmasına görə ona borcluyam, əlimdəki bəzi qüsurları o düzəltdi”.

   Bundan sonra rəssam Ukraynaya yollanır Lvovdakı Poliqrafiya İnstitutunun Dəzgah kitab qrafikası fakültəsinə daxil olur. Kitab tərtibatıyla yanaşı, qiymətli kağızların tərtibatını da incəliyinə kimi öyrənir. 1980-ci ildə təhsilini başa çatdıran rəssam yaradıcılığa başlayır. O, yaradıcılığının ilk günlərindən indiyə qədər qrafika sənətinə sadiq qalıb.

   M.Əliyevin qrafik yaradıcılığı üçün xarakterik olan cəhət onun realizmlə yanaşı, sürrealizmə yön almasıdır. Onun realist qrafik əsərlərində aydın məzmun hiss olunsa da, sürrealist əsərlərində qarışıq obraz predmetlər, dağınıq məzmun üstünlük təşkil edir. Bu da təbiidir. Çünki sürrealizmin tələbi belədir: əsərdə konkret məzmun başlıca sayılmır. Rəssamın bu əsərləri daha çox kollajı xatırladır. O, çox zaman ayrı-ayrı durumları ifadə edən obrazları bir yerə yığır onları əsərin ümumi ideyasına xidmət etdirir. Sürrealizm prinsiplərinə görə, belə əsərlərdə təsvir olunmuş obraz predmetlər arasında hansısa məntiqi bağlılıq olmur.

   Rəssamın kağız üzərində qarışıq texnika ilə işlədiyiAkkordlarəsəri bu baxımdan uğurlu əl işlərindəndir. Əsərdəki hadisələr sanki bir axara tabe olaraq tamaşaçıya doğru yön alır, elə bil tamaşaçı hadisələr selinin içinə düşür. Hadisələr fərqli olsalar da, rəssam onları ustalıqla kompozisiyada bir araya gətirib. Əsərdə qırmızı, qara onların müxtəlif çalarları üstünlük təşkil edir.

   Şair Nizaminin məqbərəsi”, “Füzuli dünyası”, “İmadəddin Nəsimi”, “Şah İsmayıl Xətaiağ-qara qrafik əsərlərində rəssam realizmin qaydalarını gözləsə , ümumi görünüşdə sürreallığa meyillənib. Bu əsərlərin hər biri bir neçə fraqmentdən ibarətdir. RəssamMeşə balladası”, “Haray”, “Labirint”, “Tütək səsi”, “20 Yanvar faciəsi”, “Xocalı faciəsi”, “Çağırış”, “O biri üz”, “Etiraz”, “Qüssə”, “Başlanğıc”, “Oyanma”, “Tarixə səyahətəsərlərində ağ-qara rəngin təzadından bacarıqla istifadə edərək gözəl qrafika örnəkləri yarada bilib.

   Rəngli qrafika da M.Əliyevin yaradıcılığında ayrıca yer tutur.Qaratoxmaq qadın”, “Dədə Qorqud əfsanəsi”, “Günün batması”, “Qəzəb”, “Qaçqın”, “Qırmızı günəş”, “Payız gəldi”, “Retro üslubunda”, “Şərq nağılı üçün improvizasiya”, “Rəfiqələr”, “Cəvahirat satan”, “Tütəkçalan oğlan”, “Başlanğıc”, “Payız”, “Məhəbbət”, “Muğam başqa əsərləri dəqiqliyi, incəliyi gözəl rəngləri ilə diqqəti cəlb edir.

   Özəlliklə Azərbaycan nağıllarına həsr etdiyi əsərlər öz aydınlığı, sadəliyi ilə tamaşaçıları heyran qoyur. Həmin illüstrasiyalar daha çox miniatür janrına yaxındır. Rəssamın komiks yaradıcılığı da diqqət çəkir. Çəkdiyi komikslər öz orijinallığı, mövzuya yanaşma ustalığı ilə seçilir.

   M.Əliyevin indiyə kimi bir neçə fərdi sərgisi keçirilib. İlk sərgisi 2000-ci ildə ABŞ-ın Arizona ştatında baş tutub. İkinci sərgisi isə 2002-ci ildə BakıdakıAbşeronrəsm qalereyasında təşkil edilib. 2009-cu ildə Muzey Mərkəzinin sərgi salonunda daha bir sərgisi düzənlənib. İndi növbəti sərgisini keçirməyə hazırlaşır.

   Qrafika ustası bir sıra beynəlxalq mükafatlar da qazanıb. 1988-ci ildə Kanadada keçirilən miniatür sərgisində üçüncü, 1990-cı ildə Polşada təşkil edilən müsabiqədə isə ikinci yerə layiq görülüb. Eləcə o, ölkəmizdə keçirilən bir sıra müsabiqələrdə fəxri yerlər əldə edib. Əsərləri bir neçə ölkədə saxlanılır.

   M.Əliyev yaşının bu çağında yeni-yeni əsərlər üzərində işləyir. Rəssam təkcə qrafika ilə deyil, həm rəngkarlıqla məşğul olur. Onun milli mövzularda çox maraqlı rəngkarlıq əsərləri var. Rəssamın emalatxanası daim öz üzərində çalışan, zəhmətsevər bir sənətkarın otağını xatırladır...

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.15.