Yazıçı-ədəbiyyatşünas Cənubi Koreyada beynəlxalq foruma qatılıb

 

 

   Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı yanvarın 19-dan 22-dək Cənubi Koreyanın SeulPyeongchang şəhərlərində keçirilən Dünya Yazıçılarının Beynəlxalq Humanitar Forumunda iştirak edib.

   Cənubi Koreyanın Mədəniyyət, İdmanTurizm Nazirliyi, Seul Milli UniversitetiStarfield kitabxanasının birgə təşkil etdiyi forumYeni nəsil yazıçılar təbiət, həyat və barışla dolu dünya uğrunda” adı altında keçirilib. Forumda beş bölmə - bölücülükkonflikt, yoxsulluq, dil və mədəniyyət müxtəlifliyi, təbiət və ekologiya, gender problemi çərçivəsində məruzələr söylənilib. Müzakirələrdə ölkənin nüfuzlu mətbuat orqanlarının təmsilçiləri iştirak edib.

   BDU-dan bildiriblər ki, 25 ölkədən yazıçı, şairdramaturqun qatıldığı konfransda Vaqif Sultanlı “Müasir dünyada sülh və yazıçının missiyası” (Peace in the modern World and Writersmission) mövzusunda məruzə ilə çıxış edib. Forumda oxunan məruzələr Koreyaingilis dillərində kitab halında nəşr olunub.

 

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.15.