ATMU-nun əməkdaşı Moskvada beynəlxalq konfransa qatılıb

 

   Azərbaycan TurizmMenecment Universiteti Mehmanxanarestoran biznesi kafedrasının müdiri Novruz Quliyev 24-25 yanvar tarixində Moskvada keçirilən “Ali təhsil müəssisələri mühitində qonaqpərvərlik sənayesi üçün səriştənin formalaşması” mövzusunda beynəlxalq konfransda iştirak edib.

   Konfransın işində tələbələrin praktik məşğələlərdə iştirakı məsələsinə daha çox diqqət yetirilib. Kafedra müdiri N.Quliyevin tədbirin təşkilatçısı, AMFORHT beynəlxalq assosiasiyasının vitse-prezidenti, müəllim-tədqiqatçı Martin Ferri ilə görüşü zamanı 2019-cu ildə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq konfransa ATMU-nun ev sahibliyi etməsi məsələsi müzakirə olunub.

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.6.