Rusiyalı turistlərin Azərbaycana marağı artır

 

   Mədəniyyət Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan "Tour A Vent" şirkətinin icraçı direktoru Alla Kordaves son illər iki ölkə arasında inkişaf edən turizm əməkdaşlığı barədə təəssüratlarını bölüşüb.

   O, ötən ilRoud-show” layihəsi çərçivəsində Rusiyanın Moskva, Yekaterinburq, Sankt-Peterburq Kazan şəhərlərinə təşkil edilən səfərlər haqqında danışıb. Bildirib ki, Azərbaycanın ən böyük mehmanxana şəbəkələrinin dağ-xizək turizmi mərkəzləri nümayəndələrinin təşkilatçılığı ilə baş tutan bu səfərlər qeyd olunan bölgələrin turizm agentlikləri ilə əlaqələr qurmaq məqsədi daşıyırdı: “Bu layihəni uğurlu hesab etmək olar. Çünki bu şəhərlərdən Azərbaycana böyük turist axını var. Biz onlara Azərbaycana turlar zamanı hansı məkanlara hansı turizm növləri üzrə turların mümkünlüyü barədə ətraflı məlumat verdik”.

   Sovetlər dövründə populyar müalicə turizm məkanı olmuş Naftalanın keçmişdəki şöhrətini bərpa etdiyini vurğulayan A.Kordaves qeyd edib ki, Azərbaycanda dağ-xizək turizmi ikinci populyar marşrut olsa da, bütün sahələr üzrə maraqlı turizm istiqamətləri mövcuddur. Ekskursiya turlarına marağın yüksək olması ölkəmizin qonaqpərvərliyi, unikal mətbəxi ilə əlaqədardır. Rusiyanın müxtəlif şəhərlərindən olan insanların Azərbaycanın turizm marşrutlarına fərqli tələbatları var.

   Bildirilir ki, yaxın vaxtlarda Perm, Həştərxan, Arxangelsk, Dağıstan Çeçenistan daRoud-show” layihəsində yer alacaq. Çünki Rusiyanın bu vilayət respublikalarının sakinləri Qusar rayonundakı Şahdağ Turizm Mərkəzinə xüsusi maraq göstərirlər.

   A.Kordaves Azərbaycanda turistlərin yerləşdirilməsi hostellərin yaradılmasına da toxunub. Bildirib ki, hazırda Azərbaycanda bu sahədə irəliləyiş var. Ölkə aşağıbüdcəli turistlərin qəbulunda maraqlıdır buna məsuliyyətlə yanaşılır. Regionlarda turizm infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir, turistlərin rahatlığı üçün hər cür şərait yaradılır. Buna görə bölgələrə turist axını gündən-günə artmaqdadır. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə yeni hotellər, turizm mərkəzləri, çimərlik turizmi üçün əlverişli məkanlar istifadəyə verilir ki, bütün bunlar Rusiyadan gələnlərin tələblərinə tam uyğundur.

   Rusiyalı turistlərin bölgələrimizdən xüsusilə Qəbələyə maraq göstərməsini deyən A.Kordaves bunu burada təşkil olunan beynəlxalq mədəniyyət tədbirləri, ənənəvi musiqi festivalları ilə əlaqələndirir: “Hər hansı bir ölkənin turisti seçmək imkanı yoxdur. Bu gün aydın müşahidə olunan tendensiya ondan ibarətdir ki, azərbaycanlılar üçün rus turistləri qəbul etmək daha xoşdur. Biz də onları böyük sevgi ilə Azərbaycana dəvət edirik”.

  

   Hazırladı: Lalə   

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.6.