Tərtərdə “Kitabxana-çay evi” fəaliyyətə başlayıb

 

 

   Tərtər rayon MKS-nin mərkəzi və şəhər kitabxanalarında “Kitabxana-çay evi” fəaliyyətə başlayıb. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırılmasına dair 2016-2018-ci illər üzrə Tədbirlər Planı”nın icrasına uyğun olaraq həyata keçirilib.

   Kitabxana-çay evinin yaradılmasında məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, oxucuların, xüsusən yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi, onların mütaliəyə marağının artırılmasıdır.

   Kitabxana-çay evi” sakinlərin böyük marağına səbəb olub. Bu cür layihələr regional idarənin digər şəhər və rayon nümayəndəliklərində də davam etdiriləcək.

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.13.