Gənc rəssamın “Kainat” sərgisi

 

   Yanvarın 26-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Səbinə NadirinKainat” adlı fərdi sərgisinin açılışı keçirildi.

   Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq gənc rəssamın uğur işartıları ilə başlayan yaradıcılığı haqqında danışdı.

   Səbinə Nadirin müəllimi, Xalq rəssamı Ağəli İbrahimov isə tələbəsinin istedadından, onun dekorativ-tətbiqi sənət sahəsinə olan marağından söz açdı, gələcək işlərində ona uğurlar dilədi.

   Sonda gənc rəssam sərginin təşkili üçün zəhmət çəkən hər kəsə minnətdarlığını bildirdi.

   Sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunur ki, onların çoxu vitrajlardan ibarətdir.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.16.