Ankarada azərbaycanlı xormeysterə
həsr edilmiş konsert
Tanınmış azərbaycanlı xormeyster, Əməkdar artist Elnarə Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyi münasibətilə Ankarada konsert təşkil edilib. Türkiyənin Prezident Administrasiyası Simfonik Orkestr salonunda keçirilən tədbir yerli musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Elnarə Kərimova 25 ildir TRT-nin Ankara radiosunun xoruna rəhbərlik edir. O, uzun illər Bilkənt və Hacettepe universitetlərində
pedaqoji fəaliyyətlə
də məşğul
olub. Xormeyster 1999-cu ildən bədii
rəhbəri və baş dirijoru olduğu “Orfeon” kamera xoru ilə
bir sıra nüfuzlu beynəlxalq müsabiqənin qalibi və laureatı olub.
İncəsənət
xadiminin yaradıcılıq
yubileyinə həsr edilən konsert proqramında TRT-nin Ankara radiosunun xoru, İstanbul estrada
və caz orkestri, eləcə də tanınmış solistlər çıxış
edib, Azərbaycan, Türkiyə, həmçinin
digər ölkələrin
tanınmış bəstəkarlarının
əsərləri, estrada
və opera musiqisi, xalq mahnıları səsləndirilib.
Qara Qarayevin “İldırımlı
yollarla” baletindən parçalar, Antonio Vivaldinin
“Qloria” əsəri, Türkiyənin Qara dəniz bölgəsinin dillər əzbəri olan xalq mahnıları
və “Şeyx Şamil” rəqsinin bu konsert üçün
xüsusi olaraq aranjiman edilmiş estrada versiyası Elnarə Kərimovanın
dirijorluğu ilə təqdim olunaraq dinləyicilərə yüksək
zövq yaşadıb.
Azərbaycanın Türkiyədəki
səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və digər
rəsmi şəxslər də tamaşaçılar
arasında olub.
Mədəniyyət.- 2018.- 31
yanvar.- S.16.