“Talıbzadələr və İslammövzusunda tədbir keçirildi

 

 

   Yanvarın 25-də Abdulla Şaiqin mənzil-muzeyində “Talıbzadələr və İslammövzusunda tədbir keçirildi.

   Tədbiri açan muzeyin direktoru Ülkər Talıbzadə bildirdi ki, A.Şaiqin atası Axund Mustafa (1842-1903) Şərq mədəniyyətinə dərindən bələd olan din xadimi olub. O, əvvəl Tiflis şəhər qazısının müavini, sonra isə Zaqafqaziya Ruhani İdarəsində Şeyxülislamın müavini kimi fəaliyyət göstərib. Ruhani idarəsinin nəzdində olan “Rüşdiyyə məktəbi”ndə dərs deyib, həmçinin şəriətə dair bir neçə dərsliyin müəllifi kimi tanınıb. Talıbzadələrə həsr olunmuş slayd-şou nümayiş olunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah, professorlar Aqşin Babayev, Alxan Bayramoğlu, Minaxanım Əsədova, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və başqaları “Din və cəmiyyət”, “İslam dini və Azərbaycan mədəniyyəti”, “Axund uşaqlar”ı nəsli”, “A.Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadə” və digər mövzularda çıxış etdilər.

   Vurğulandı ki, bütün zamanlarda ziyalılarımız, xüsusilə açıqfikirli din xadimlərimiz Azərbaycanda tolerantlıq mühitinin yaranmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük önəm veriblər.

   Tədbirin bədii hissəsində Nizami rayonu Uşaq və gənclər yaradıcılıq mərkəzinin “Gənc aktyorlar” dərnəyinin üzvü Zeynalabdin Bağırzadə mövzuya uyğun şeirlər səsləndirdi.

   SondaQafqaz-Mediaİctimai Birliyinin sədri Azadə Hüseynova Abdulla Şaiqin mənzil-muzeyinin fəaliyyətindən danışdı, qurumunQobustan” mükafatını muzeyin direktoru Ülkər Talıbzadəyə təqdim etdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.7.