Tara həsr
edilmiş elmi-praktik konfrans
Beynəlxalq Muğam Mərkəzində
“Dəyirmi masa” layihəsi çərçivəsində
“Azərbaycan tarının,
tar ailəsinin ölçü
sistemləri və əmsallarının təyin
edilməsi məsələləri”
mövzulu elmi-praktik konfrans keçirilib.
Milli Konservatoriyanın
prorektoru Lalə Hüseynova çıxış
edərək konfransın
əhəmiyyətindən söz açıb. Qeyd edib
ki, Milli Konservatoriyanın nəzdində
yaradılan Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi
tədqiqat laboratoriyasında
mühüm işlər
görülür. Burada hər
bir musiqi aləti təkmilləşdirilir,
qədim alətlər
bərpa olunur, yeni alətlər yaradılır.
Sonra laboratoriyanın rəhbəri
Məmmədəli Məmmədovun
tar əmsallarına və
standartlarına həsr
edilmiş məruzəsi
dinlənilib.
Konfrans maraq doğuran sualların müzakirəsi ilə davam edib.
Mədəniyyət.- 2019.- 24
aprel.- S.2.