Kəlbəcərin işğal
günü ilə əlaqədar tədbir
Aprelin 2-də Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü tamam oldu.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ildönümü ilə bağlı söhbət-mühazirə təşkil olunub.
Kitabxananın Mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva, kitabxanaçı Şəbnəm Hüseynzadə, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış ediblər. Çıxışlarda Kəlbəcər rayonunun toponimləri, coğrafiyası, əhalisi, tarixi abidələri haqqında geniş məlumat verilib.
Sonra “Kəlbəcərsiz
26 il” adlı kitab sərgisinə
baxış keçirilib.
Mədəniyyət.- 2019.- 3 aprel.-
S.2.