Müştərək televiziya layihəsi davam edir

 

 

 

Mədəniyyət Nazirliyi ilə Azərbaycan TeleviziyasınınMədəniyyətkanalınınBölgələrdən bölgələrəadlı müştərək televiziya layihəsi davam edir.

Layihənin növbəti konsert proqramı çəkilişi Şamaxı rayon Mədəniyyət Mərkəzində gerçəkləşib.

Konsert proqramı İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ rayonlarının mədəni irsinin təbliği, regionun mədəni potensialının nümayiş etdirilməsi məqsədilə təşkil edilib.

Xatırladaq ki, regionlarımızın mədəni irsinə, xalq yaradıcılığına incəsənətinə həsr olunanBölgələrdən bölgələrəadlı müştərək televiziya verilişinin ilk çəkilişi fevral ayında Ağstafa rayonunda aparılmışdı.

Şamaxıda keçirilən konsertdə regional idarənin tabeliyində olan rayonların istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, özfəaliyyət kollektivləri millietnik rəqs nümunələri ilə çıxış ediblər. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.5.