Naxçıvanda Dünya teatr günü

 

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 27 martDünya teatr günü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək əlamətdar günün tarixi barədə məlumat verib, muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, teatrların yaradıcılıq axtarışlarından söz açıb.

Vurğulanıb ki, xalqımızın qədim və zəngin mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək teatrların mühüm vəzifəsi və məqsədidir.

Tədbir iştirakçıları daha sonra teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşasına baxıblar.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.5.