“Vətən
harayı” mövzusunda
dəyirmi masa
Məmməd Səid Ordubadinin xatirə muzeyində 31
mart – Azərbaycanlıların Soyqırımı Günü
ilə əlaqədar
“Vətən harayı”
mövzusunda dəyirmi
masa təşkil edilib.
Muzeyin direktoru
Lalə Abaszadə tədbiri açaraq
1918-ci ilin mart-aprel aylarında erməni daşnak və bolşevik dəstələrinin
Azərbaycan xalqına
qarşı həyata
keçirdiyi soyqırımı
haqqında danışıb.
Muzeyin bələdçiləri Lamiyə
Balıyeva və Nərmin Baxşıyeva, M.Rahim adına
7 saylı tam orta məktəbin tarix müəllimi Yeganə Bağırova mövzuya dair çıxış ediblər.
Muzeyin elmi
işçisi İradə Vəliyeva M.S.Ordubadinin “Qanlı illər” əsərində
Qafqazda 1905-1907-ci illərdə baş verən erməni-müsəlman
davasının tarixi, xalqımıza
qarşı soyqırımları, 1918-ci ilin
mart qırğınlarından bəhs edib.
Mədəniyyət.- 2019.- 3 aprel.-
S.6.