“Qarabağın gözü yolda

 

 

 

Martın 31-də  Beynəlxalq Mətbuat Mərkəzində Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Qarabağın gözü yolda” adlı qısametrajlı filmin təqdimatı keçirilib.

BDAT-ın Azərbaycan nümayəndəliyinin sədri Könül Məmmədzadə təşkilat barədə məlumat verib. Bildirib ki, qurumun məqsədi Azərbaycan həqiqətlərini dünyaya doğru şəkildə çatdırmaqdır. Sonra o, təşkilatın sifarişi ilə ekranlaşdırılan  “Qarabağın gözü yolda” adlı qısametrajlı film barədə məlumat verib.

Millət vəkilləri Rəfael Cəbrayılov və Dilarə Cəbrayılova çıxış edərək, 1998-ci ildən 31 martın ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsindən, 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmasından danışıblar. Bu tarixi həqiqətlərin dünyaya çatdırılmasında bədii və sənədli ekran əsərlərinin əhəmiyyəti vurğulanıb.

Filmin rejissoru Ümid Amin ekran işində vətənpərvərliyin Milli Qəhrəman Mübariz İbrahimovun timsalında təsvir edilməsinin təsadüfi olmadığını və tamaşaçılara  qələbə əzmini aşılamaq istədiklərini deyib.

Çıxışların ardınca “Qarabağın gözü yoldafilmi nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.6.