“Generalın qayıdışı”

 

 

 

Tədqiqatçı alim, yazıçı-publisist, filologiya elmləri doktoru Abid Tahirlinin “Generalın qayıdışı” pyesiElm və təhsil” nəşriyyatında çapdan çıxıb.

8 pərdəli iki hissədən ibarət əsərdə görkəmli şəxsiyyət İsmayıl bəy Qutqaşınlının (1809-1861) ordudan tərxis olunduqdan sonrakı həyat və fəaliyyətindən bəhs edilir.

Fransız dilində yazılan və Polşada nəşr olunan “Rəşid bəy və Səadət xanım” povesti ilə çağdaş bədii nəsrimizin, eləcə də doğma dildə yazdığı “Səyahətnamə” əsəri ilə publisistikanın səyahət oçerki janrının əsasını qoyan, Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü, ilk azərbaycanlı general İsmayıl bəy Qutqaşınlının doğma Vətənə qayıtdıqdan sonrakı maraqlı, zəngin, eyni zamanda kədərli həyatının diqqətçəkən epizodları əsərdə əksini tapıb.

 

Mədəniyyət.- 2019.-  3 aprel.- S.7.