İsveçdə “Tumurcuq” adlı Azərbaycan teatrı yaradılıb

 

 

 

İsveçin paytaxtı Stokholmda burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” adlı teatr fəaliyyətə başlayıb.

Bu münasibətlə keçirilən mərasimdə “Tumurcuq” teatrının bədii rəhbəri Sevinc Nəzərli teatr barədə məlumat verərək, gələcək planlardan söz açıb. Qeyd edib ki, yeni teatr vətəndən uzaqda, İsveçdə yaşayan azərbaycanlı gəncləri və uşaqları milli mədəniyyətimizlə yaxından tanış etməklə yanaşı, İsveç ictimaiyyətinə Azərbaycan incəsənəti və mədəniyyətini tanıtmağa kömək göstərəcək. O, İsveçdə fəaliyyət göstərən türk teatrı ilə əməkdaşlıq etdiklərini və diasporumuz tərəfindən dəstək aldığını bildirib.

Türk teatrının rəhbəri və rejissoru Burcu Ada SoysopTumurcuqkollektivini təbrik edib. O, İsveçdə ilk türk teatrının 50 il öncə yaradıldığını vurğulayıb.

SonraTumurcuq” teatrının gənc aktyorları tədbir iştirakçılarına təqdim olunub. Onlar burada ana dilinimilli mədəniyyətimizi daha yaxşı tanımağa şəraitin yaradıldığını vurğulayıblar.

 

Mədəniyyət.- 2019.-  3 aprel.- S.8.