Bazel şəhərində Azərbaycan
filmi nümayiş olunub
İsveçrənin Bazel şəhərində keçirilən
14-cü Querfeld Mədəniyyətlərarası
film festivalında “Azərbaycanın
dostları” diaspor təşkilatının dəstəyilə
“Tabutçunun yelləncəyi”
qısametrajlı bədii
filmi nümayişi etdirilib.
Almaniyada yaşayan gənc azərbaycanlı rejissor Elmar İmanovun 2012-ci ildə çəkdiyi ekran əsəri festivalın açılış
filmi olaraq göstərilib və tamaşaçıların böyük
marağına səbəb
olub.
Nümayişdən əvvəl “Azərbaycanın dostları”
diaspor təşkilatının
rəhbəri Arzu Əliyeva tamaşaçılara
ölkəmizin mədəniyyəti,
musiqisi, kinematoqrafiyası
barədə söz açıb,
film haqqında məlumat
verib.
“Tabutçunun yelləncəyi”
sərt ata və onun oğlu
arasında olan mürəkkəb münasibətləri
təsvir edir. Film Amerika Kino Akademiyasının
“Tələbə Oskarı”
mükafatı da daxil olmaqla, bir çox mükafatlara layiq görülüb.
Festival çərçivəsində təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətini və mətbəxini təqdim edən guşə də yaradılıb. Qonaqlar milli yemək və şirniyyatların dadına baxıb.
Xatırladaq ki,
2006-cı ildən ənənəvi olaraq
keçirilən festival İsveçrədə
yaşayan müxtəlif xalqların
nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin
gücləndirilməsinə, ölkədə
tolerantlığın təşviqinə xidmət edir.
Mədəniyyət.- 2019.- 3 aprel.- S.8.