Hüsnü-cəmal, əqli kamal

 

 

Ali məktəb tələbələri arasında bədii qiraət müsabiqəsi

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər planı hazırlanıb. Həmin tədbirlərdən birinə – mütəfəkkir şairə həsr olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsinə aprelin 2-də start verilib.

Aprelin 17-dək davam edəcək müsabiqədə həmçinin azərbaycanlı tələbələrin Nəsiminin şeirlərini əcnəbi dildə qiraət etməsi də nəzərdə tutulub. 18-27 yaşlı gəncləri əhatə edən müsabiqənin əsas məqsədlərindən biri Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliğidir.

İki mərhələdən ibarət müsabiqənin yekunları 20 apreldə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək mərasimdə elan olunacaq.

 

Mədəniyyət.- 2019.-  3 aprel.- S.7.