Milli Kitabxanada sərgilər

 

 

 

Milli Kitabxanada “31 mart – azərbaycanlıların Soyqırımı Günüdürmövzusunda geniş kitab sərgisi açılıb.

Sərgidə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən 300-dən artıq Azərbaycan və digər  dillərdə nəşr edilmiş kitablar, dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunub.

Milli Kitabxanaya gələn Azərbaycan Dillər Universitetinin tələbələri və müəllimləri – Alman Akademik Mübadilə Xidmətinin nümayəndəsi Mara-Liza Sezer, Avstriya Akademik Mübadilə Xidmətinin nümayəndəsi Stefani Matser, Torsten Dalmatiner də sərgi ilə yaxından tanış olublar.

* * *

Milli Kitabxanada açılan daha bir sərgi isə 2016-cı il Aprel döyüşlərinin ildönümünə həsr olunub.

Aprel döyüşlərində qazanılan qələbə xalqımızın, o cümlədən gənclərin hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı kitab sərgisində hərbi-vətənpərvərlik mövzusunda, Milli Qəhrəmanlar haqqında 200-dən çox ədəbiyyat nümayiş olunur.

 

Mədəniyyət.- 2019.-  3 aprel.- S.3.