Bakıda növbəti Mstislav Rostropoviç festivalı

 

 

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə 23-27 aprel tarixində Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.

Festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi kollektivlər, o cümlədən Lozanna Kamera Orkestri, Boris Eyfmanın Akademik Balet Teatrı (Sankt-Peterburq), “MünchenklangOrkestri iştirak edəcəklər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandes (cello) olacaq. Proqramda Cüzeppe Verdi, Kamil Sen-Sansİqor Stravinskinin əsərləri səsləndiriləcək.

 

Mədəniyyət.- 2019.-  3 aprel.- S.8.